Mavi Mərmərə hadisəsi ABŞ-da da məhkəməyə çıxarılıb

İsrail ordusunun 2010-cu ildə Qəzza zolağına humanitar yardım aparan gəmi karvanına beynəlxalq sularda hücumu zamanı 10 nəfərin ölümünə səbəb olan Mavi Mərmərə hadisəsi ABŞ-da da məhkəməyə çıxarılıb.

396025
Mavi Mərmərə hadisəsi ABŞ-da da məhkəməyə çıxarılıb

2010-cu ildə Mavi Mərmərə gəmisində şəhid olan Furkan Doğanın ailəsinin müraciəti əsasında həmin vaxt İsrailin müdafiə naziri Ehud Baraka qarşı Kaliforniya ştatnın bölgə məhkəməsindǝ cinayət işi açılıb.
Müraciətdə İsrail Ordusunun 2010-cu ildə Qəzaya gedən yardım gəmisinin beynəlxalq sularda hücuma məruz qalmasının və 10 nəfərin həyatına son qoyulduğu xatırladılır.
Ərizədə İsrail əsgərlərinin hadisə zamanı xeyli insanı yaraladığı, əsir götürdüyü və işgəncə verdiyi də ifadə olunub.
Gəmi karvanına qarşı həyata keçirilən əməliyyatın o vaxtkı Müdafiə Naziri Ehud Barakın göstərişi ilə gerçəkləşdirildiyi vurğulanan ərizədə Barakın “məhkəməsiz cəzalandırma, işgəncə və beynəlxalq terror” suçu ilə cəzalandırılması istənilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr