Yeniyetmə kompüter quldurunun fəndi CİA-nı məğlub etdi

Amerika Birləşmiş Ştatlarında məktəbli bir haker Mərkəzi Kəşfiyyat Agentliyi- CİA-nın Sədri John Brennana aid bəzi elektron poçtları ələ keçirdiyini iddia etdi.

356533
Yeniyetmə kompüter quldurunun fəndi CİA-nı məğlub etdi

Özünü "Müsəlman olmayan Amerikalı bir lisey tələbəsi" kimi təqdim edən kompüter piratı bir Amerika qəzetinə zəng edərək hadisəni detalları ilə danışdı.

Kompüter piratı CİA rəhbərinin elektron poçtunu Fələstin davasına dəstək və Amerikan xarici siyasətinə etiraz məqsədi ilə ələ keçirdiyini bildirdi.

Hadisə nəticəsində  ABŞ-ın keçmiş  Xarici İşlər Naziri Hillari Klintondan sonra CİA sədri Brennanın da şəxsi hesabını iş üçün istifadə etdiyi ortaya çıxdı.

Brennanın hesabında gizlətdiyi bəzi məlumatların şəxsiyyəti açıqlanmayan lisey tələbəsi tərəfindən ələ keçirildiyi bildirilir.

Sənədlərin arasında terror şübhəlilərinin istintaqı zamanı sərt  üsulların tətbiq edilməsi məsələsinin də  qeyd olunduğu bir hökumət məktubunun olduğu irəli sürülür.

İnternet piratı Twitter hesabında bəzi adlardan, elektron poçt ünvanlarından və telefon nömrələrindən ibarət bir siyahını paylaşdı.

Məktəbli pirat həmçinin Daxili Təhlükəsizlik Naziri Jeh Johnsona aid poçtu da 'hashtack'ləyib bəzi mesajları ələ keçirdiyini irəli sürdü.

Federal İstintaq Bürosu (FBI) ivə CİA iddiaların araşdırıldığını bildirdilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr