İsrail Qüdslə bağlı fövqəladə qərarlar aldı

İsrail Qüdslə əlaqədar fövqəladə qərarlar almağa davam edir

392115
İsrail Qüdslə bağlı fövqəladə qərarlar aldı

İsrail təhlükəsizlik kabineti: "polisə istədiyi zaman Qüdsdəki yolları bağlamaq səlahiyyəti verilməsi" kimi fövqəladə qərarlar aldı.
İsrailə qarşı hücum təşkil edənlərin evləri söküləcək, dağıdılan evlərin yerində isə tikinti aparılmasına icazə verilməyəcək və təcavüz etdiyi iddia edilən şəxslərin mülkiyyəti müsadirə olunacaq.
Bu adamların Qüdsdə yaşamalarına imkan verən “Qüds şəxsiyyət vəsiqələri" ləğv edilərək və Qüdsdə yaşamaq hüquqları əllərindən alınacaq.
İsrail polis qüvvələrinin sayı artırılacaq. Şəhərlərdə və yollarda polisin işinə əsgərlər kömək edəcək.
Məscidül Əqsanın olduğu Şərqi Qüds ilə İordan çayının qərb sahili, 1967-ci ildən etibarən İsrailin işğalı altındadır
Beynəlxalq hüquqa görə, bu ərazilərdə inşa edilmiş Yəhudi yaşayış yerləri qeyri-qanunidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr