İraq DEAŞ-a qarşı həlledici döyüşlərə başlayır

İraqda Səlahəddin şəhərində iknci əməliyyata başlanıldı.

391551
İraq DEAŞ-a qarşı həlledici döyüşlərə başlayır

Əməliyyatın başladılması haqqında bəyanat verən İraqın Baş Naziri İbadi, Beyci zavodu başda olmaqla, şəhərin tamamilə DEAŞ-dan təmizlənəcəyini söylədi.

İraq Nazirlər Kabinetinidən verilən  açıqlamaya görə, Səlahəddin şəhərinə gedərək oradakı hərbi rəsmilərlə görüşən Heydər İbadi: "Şəhərin DEAŞ-dan təmizlənməsi Mosulun xilası əməliyyatına başlamaq üçün ilkin addım olacaqdır"dedi.

İbadi söylədiklərinə bunları da əlavə etdi:"Səlahəddinin tamamilə azad edilməsi üçün həlledici döyüş lazımdır. Ötən dövrlərdə əhəmiyyətli qələbələr gördük, bunları tamamlayacağıq. DEAŞ qruplaşmaları zəifləyir. Artıq onlarln əraziyə nəzarət etmə gücləri yoxdur və insanları terrorist  edə bilmirlər."

Səlahəddin şəhərinin mərkəzi Tiqrid təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi geniş miqyaslı əməliyyat nəticəsində DEAŞ-dan azad olunmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr