Bu gün ümumdünya poçt günüdür

9 oktyabr tarixinin Ümumdünya Poçt Günü kimi qeyd olunması barədə qərar isə 1969-cu ildə Yaponiyada keçirilmiş ÜPİ-nin Konqresində qəbul edilib.

390036
Bu gün ümumdünya poçt günüdür

Məhz 9 oktyabr 1874-cü ildə İsveçrənin Bern şəhərində dünyanın 22 ölkəsinin iştirakı ilə keçirilmiş toplantıda Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaradılması haqda razılığa gəlinib və vahid beynəlxalq poçt qaydaları müəyyən edilib.

9 oktyabr tarixinin Ümumdünya Poçt Günü kimi qeyd olunması barədə qərar isə 1969-cu ildə Yaponiyada keçirilmiş ÜPİ-nin Konqresində qəbul edilib.

Yarandığı vaxtdan ötən illər ərzində çox böyük tarixi inkişaf yolu keçmiş Ümumdünya Poçt İttifaqı hazırda dünyanın 193 ölkəsini üzv-ölkə kimi özündə birləşdirməklə təkcə poçt sahəsində deyil, həm də bütün beynəlxalq aləmdə vacib rolu olan və digər beynəlxalq təşkilatlarla sıx əlaqəli şəkildə fəaliyyət göstərən bir quruma çevrilib. ÜPİ həm də siyasi bir təşkilat olmaqla BMT-nin xüsusiləşdirilmiş idarəsi kimi fəaliyyət göstərir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr