"Türkiyə, etibarlı ölkələr Siyahısına salınmalıdır",J.C. Juncker

Türkiyə, etibarlı ölkələr Siyahısına salınmalıdır. Bunu Avropa Komissiyası (AK) sədri Jean-Claude Juncker deyib.

389260
"Türkiyə, etibarlı ölkələr Siyahısına salınmalıdır",J.C. Juncker

Jean-Claude Juncker, Avropa Parlamentində qaçqın böhranına dair çıxışında, “Türkiyənin, qaçqın mǝsǝlǝsinin hǝllinǝ dair sǝylǝri tǝqdirǝ şayandır” deyib.
Türkiyǝnin çoxu Suriyalı olmaqla təxminən 2 milyon 200 min qaçqın qǝbul
etdiyini xatırladan Juncker, Avropa İttifaqının bu gerçǝyi qǝbul
etmǝsinin lazım gǝldiyini qeyd edib.

Avropa Şurası Başçısı Donald Tusk da Parlamentdǝki çıxışında Türkiyənin qaçıq böhranı ilǝ bağlı sǝylǝrinin beynǝlxalq cǝmiyyǝt üçün nümunǝ tǝşkil etmǝsinin lazım gǝldiyini ifadǝ edǝrǝk “qaçqın axını qarşısında ortaq addımların atılmasına zǝrurǝt var” deyǝ bildirib.
Digǝr tǝrǝfdǝn parlamentdǝ çıxış edǝn digǝr nümayǝndǝlǝr dǝ Avropa İttifaqına üzv ölkələrinin qaçqın mövzusunda güzǝştǝ getmǝlǝrinin lazım gǝldiyinǝ diqqǝt çǝkiblǝr.
Qeyd edǝk ki, Avropa İttifaqı, qaçqın yükünü azaltmaq üçün hazırlayacağı etibarlı ölkələr siyahısına, Kosovo və Çernoqoriya başda olmaqla 6 Balkan ölkəsini dǝ daxil edǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr