Mərkəzi Afrikada müsəlmanlara qarşı şiddət davam edir

Baş verən qarşıdurmalarda 21 nəfər həyatını itirib, 100-dən çoxu yaralanıb

354238
Mərkəzi Afrikada müsəlmanlara qarşı şiddət davam edir

Mərkəzi Afrikada müsəlmanlara qarşı şiddət davam edir. Bir neçə gün əvvəl paytaxt Banqidə müsəlman gəncin cəsədinin aşkarlanmasından sonra baş verən hadisələr getdikcə daha da artır. Silahlı qruplar arasında baş verən qarşıdurmalarda 21 nəfər həyatını itirib, 100-dən çoxu yaralanıb. Hadisələrin artmasından sonra təhlükəsizlik güvvələri, silahlı qruplara müdaxilə edib. Şahidlər bölgədə Birləşmiş Millətlər Təşkilatının Sabitlik Missiyasına məxsus hərbi vertolyotların da olduğunu bildiriblər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr