Ukraynadan Krıma gedən yollar bağlanıb

Ukraynada Krım Tatarlarının aksiyası başlayıb

391015
 Ukraynadan Krıma gedən yollar bağlanıb

Krım Tatar Milli Məclisi rəhbərliyi ilə Ukrayna tərəfdarları, Rusiya tərəfindən işğal edilən Krıma qida başda olmaqla müxtəlif məhsullar daşıyan avtomobillərin daxil olmağının qarşısını alır. 

Ukraynanın Çongar qəsəbəsində, çox sayda aktivist və Ukrayna millət vəkilləri də olmaqla minlərlə adam toplanıb.
Krım Tatar Milli Məclisinin sədri Rifat Çubarov və Krıma girişi qadağan edilən Ukrayna millət vəkili Mustafa Abdülcemil Kırımoğlu da nümayişdə iştirak edib.
Ukrayna polisi baş verə biləcək təxribatlara qarşı təhlükəsizlik tədbirləri alıb.
Ukraynadan Krıma gedən yollar bağlanıb.
Aktivistlər Krım Tatarlarının hüquqlarının müdafiə olunması, Krım Tatar Milli Məclis sədrinin köməkçisi Ahtem Çiygözün də aralarında olduğu 7 məhbusun sərbəst buraxılması və qadağan edilən liderlərin Krıma girişinə icazə verilməsini tələb edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr