Almaniyada pilotlar yenǝ tǝtil edir

Almaniyanın “Lufthansa” aviaşirkəti min uçuşunu ləğv etdi

343789
Almaniyada pilotlar yenǝ tǝtil edir



Almaniyanın Lufthansa aviaşirkətinin pilotları tǝtilǝ davam edir
Tətil səbəbiylə hava yolu şirkəti, bu gün daxili vǝ uzun mǝsafǝli reyslǝri ləğv etdi.

Bu vəziyyət təxminən 140 min sərnişinə təsir edir.Lufthansa aprel ayında etdiyi xəbərdarlıq tətilində təxminən 3 min uçuşunu ləğv etmiş və 400 min sərnişin bundan təsirlənmişdi. 

Pilotların aprel ayından etibarǝn davam edǝn tǝtil qǝrarının şirkǝtǝ keçǝn aya qǝdǝr 300 milyon avro ziyan vurduğu açıqlanıb.
Pilotlar 18 ayda 13-cü dəfədir ki, işi buraxır.
Anlaşılmazlıqlardan biri dǝ pilotların tǝqaüdǝ çıxma yaşıdır. Alman hava yolu şirkǝti hazırda 55 olan erkǝn tǝqaüdǝ çıxma yaşını yüksǝltmǝk istǝyir.

Hǝmkarlar ittifaqı ilǝ Lufthansa rǝhbǝrliyi arasındakı görüşlǝrdǝ Lufthansa, Lufthansa-Karqo vǝ Germanwing şirkǝtlǝrindǝ işlǝyǝn 5400 pilotun tǝqaüdǝ çıxma prosesi ilǝ ǝlaqǝli razılıq ǝldǝ edilǝ bilmir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr