Avropada yeni divarlar

Macarıstan ilə Bolqarıstan sərhədə ülgüclər olan məftillər çəkib

342489
Avropada yeni divarlar

Avropada qaçqın böhranına qarşı yeni divarlar tikilir. Yaxın Şərq və Afrikadan gələn köçkünlərin axınının qarşısını almaq üçün Macarıstan ilə Bolqarıstan sərhədə ülgüclər olan məftillər çəkib. 5-6 metr yüksəkliyindəki divarlar, kameralarla da təchiz edilib. Bu iki ölkə, məftillərlə kifayətlənməyərək, İsrailin Fələstin torpaqlarına çəkdiyi polad divarlardan almağı planlaşdırır və artıq danışıqlar aparır. Qeyd edək ki, Avropa Komissiyası, daha əvvəl etdiyi açıqlamada, divarlara qarşı olduğunu bildirmiş, lakin hər bir ölkənin sərhədlərini necə qoruyacağına özlərinin qərar verəcəyini ifadə etmişdi. Xatırladaq ki, İsrailin Misir sərhədinə tikdiyi 230 kilometrlik divar, 3 ildə tamamlanmış, 380 milyon dollara başa gəlmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr