Avropanın yeni miqrant siyasəti

Aİ tərəfindən miqrantlar üçün 25 il əvvəl yaradılan mövcud qaydalar sisteminə dəyişiklik planlaşdırılır.

373653
Avropanın yeni miqrant siyasəti

Tələb, İtaliya, Almaniya və Fransadan gəlib. Üç ölkənin Xarici İşlər nazirləri Aİ-na üzv ölkələrin, miqrant böhranı məsələsində bir cavab verməsini istəyib.
Məsələ ilə bağlı 5-6 sentyabr tarixlərində Lüksemburqda keçiriləcək Aİ Xarici İşlər Nazirlərləri konfransından əvvəl Aİ-nın üç ölkəsi İttifaqı yeni addımlar atmağa səsləyib. İtaliya Xarici İşlər Nazirliyindən verilən açıqlamada “İtaliya, Almaniya və Fransa Xarici İşlər nazirlərinin Avropanın qaçqın böhranı ilə bağlı yeni addımları əhatə edən bir sənəd imzalayıb” deyə bildirib.
Açıqlamada 25 il əvvəl qüvvǝyǝ minǝn mövcud Avropa qaydaları sistemində dəyişikliklərin vacibliyi vurğulanıb. Nazirlər Avropaya gələn qaçqınların ədalətli şəkildə üzv ölkələr arasında bölünmısinin vacibliyini də qeyd edib.
Razılaşma, Aİ-nım xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə təqdim olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr