Vyanada miqrasiya problemlǝri müzakirǝ edilir

Avropa İttifaqı və Qərbi Balkan ölkələrinin liderləri Vyanada yığıncaq keçirir. Yığıncaqda əsasən miqrasiya problemlərindən danışılır.

370388
Vyanada miqrasiya problemlǝri müzakirǝ edilir

Avropa İttifaqı və Qərbi Balkan ölkələrinin liderləri Vyanada yığıncaq keçirir. Yığıncaqda əsasən miqrasiya problemlərindən danışılır.
Almaniya kansleri Angela Merkel, AI-nın xarici siyasət rəhbəri Federica Mogherini bu gün görüşə qatılırlar. Albaniya, Bosniya və Herseqovina, Kosovo, Makedoniya, Monteneqro və Serbiya liderləri artıq Vyanadadır.
Avropa İttifaqına üzv ölkǝlǝrǝ üz tutan mühacirlǝrin çoxu Balkan marşrutundan istifadə edir. Makedoniya və Serbiyadan Macarıstana, oradan isə Avstriya, Almaniya və digər AI üzvlərinə doğru yol alırlar.
BMT rəhbəri Pan Gi Mun Avropanı və digər ölkələri böhrana son qoymaq üçün daha çox işləməyə çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr