ABŞ-da meşə yanğınları davam edir

Yanğın səbəbiylə minlərlə adam evakuasiya edilib

339850
ABŞ-da meşə yanğınları davam edir

Vaşinqton, Oreqon, Kaliforniya, Aydaho və Montanada davam edən meşə yanğınları səbəbiylə minlərlə adam evakuasiya edilib. Vashinqtonda nəzarət altına alınmamış 17 yanğın davam edir. Yanğın ümumilikdə 2 min 383 kvadrat kilometrlik bir sahəni əhatə edir. Vaşinqtonun cənub qonşusu olan Oreqonda, ən az 14 yerdə şiddətli meşə yanğınlarının davam etdiyi bildirilir. Kaliforniyada 12 mindən çox xilasedici, davam edən 17 meşə yanğınını söndürmək üçün səfərbər edilib. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki meşə agentliyi, Aydahoda 17 fərqli yerdə şiddətli meşə yanğınlarının davam etdiyini bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr