ABŞ narahatlığını bildirib

ABŞ Dövlǝt katibi Rusiyadan İrana “S-300” raket müdafiǝ sistemlǝrinin göndǝrilmǝsinǝ dair narahatlıqlarının davam etdiyini bildirib.

334381
ABŞ narahatlığını bildirib

ABŞ Dövlǝt katibi Con Kirbi (John Kirby) Rusiyadan İrana “S-300” raket müdafiǝ sistemlǝrinin göndǝrilmǝsinǝ dair narahatlıqlarının davam etdiyini bildirib.
Kirbiyǝ gündǝlik mǝtbuat konfransında Rusiyanın “S-300” müdafiǝ sistemlǝrinin İrana satışını bir neçǝ gün ǝrzindǝ reallaşdıracağına dair xǝbǝrlǝr xatırladılaraq bunun İran ilǝ qǝrbli ölkǝlǝr arasında qǝbul edilǝn ǝtraflı nüvǝ sazişinǝ zǝrǝr verib vermǝdiyi soruşulub.
Rusiyadan İrana yönǝldilmiş hǝmin hava müdafiǝ sistemlǝrinin satışı ilǝ bağlı ǝsasların uzun müddǝtdir mǝlum olduğunu vurğulayan Kirbi bildirib ki, “S-300” sitemlǝrinin göndǝrilmǝsinǝ dair narahatlığımız davam edir. Kerri dǝ daha öncǝ Rusiya Xarici İşlǝr naziri Lavrova bu narahatlığımızı çatdırmışdı.
İrana bu cür raket müdafiǝ sistemlǝrinin satışına etirazlarını açıq şǝkildǝ ifadǝ etdiklǝrini dǝ vurğulayan Kirbi mǝsǝlǝni yaxından tǝqib etdiklǝrini, BMT Tǝhlükǝsizlik Şurasının qǝrar layihǝlǝri çǝrçivǝsindǝ belǝ müdafiǝ sistemlǝrinin İrana daşınmasının qadağan olmadığını qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr