ABŞ Misir ilә әlaqәlәri yenidәn möhkәmlәşdirir

ABŞ-ın dövlət katibi Con Kerri İran ilə əldə olunan nüvə razılaşması mövzusunda Yaxın Şərq ölkələrini sakitləşdirmək üçün səfərinə Misirdən başlayıb.

312215
ABŞ Misir ilә  әlaqәlәri yenidәn möhkәmlәşdirir

 ABŞ ilə Misirin ikitərəfli əlaqələrdə yenidən sağlam zəminə döndüklərini söyləyən Con Kerri 2009-ci ildən bu yana baş tutan ilk strateji toplantıda Misirin yaxın şərqin sabitlik və təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını ifadə edib. Vyanada əldə olunan razılaşma ilə İranın nüvə silahına sahib olmasının qarşısının alındığını deyən Kerri bu razılaşmanın həyata keçirilməsi ilə Yaxın Şərq bölgəsinin əvvəlkindən daha etibarlı bir vəziyyətə gələcəyini söyləyib. Misir xarici işlər naziri Semih Şükri də, "Washington ilə fikir ayrılığımız deyil, fikir fərqlərimiz var" ifadəsini işlədib. Con Kerri Qahirədə Misir prezidenti Əbdül Fəttah Sisi tərəfindən da qəbul edilib. ABŞ-ın dövlət katibi Qahirədəki təmasları çərçivəsində insan hüquqları və militanlarla mübarizədə tarazlıq yaradılmasının lazım olduğunu söyləyib. Misirdə Sisinin həyata keçirdiyi hərbi çevrilişdən sonra Müsəlman Qardaşları tərəfdarıolan 1000-dən çox insan öldürülüb. Misir ordusu da Sina yarımadasında Əl-Qaidə ilə əlaqəli təşkilatların hücumları nəticəsində yüzlərlə əsgərini itirib.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr