Fələstinli əsirlərin qarşılığında casus Conatan Pollard

ABŞ rəhbərliyinin illərdir həbsdə saxladığı İsrail casusu Pollardın sərbəst buraxması gözlənilir.

384924
Fələstinli əsirlərin qarşılığında casus Conatan Pollard

  Amerika mətbuatında yer alan xəbərlərdə Conatan (Jonathan) Pollardın yaxınlarda azad edilməsi fikirləri səslənir. Yazılanlara görə, Obama rəhbərliyi bu əhf qərarı ilə İranla imzalanan nüvə müqaviləsinə qarşı çıxan İsrailə jest etməyi planlaşdırır.

  Xatırladaq ki, Conatan Pollard Amerika kəşfiyyatında çalışarkən dövlət sirri statusundakı məlumatları İsrail kəşfiyyatına sızdırması maddəsi ilə tutulmuşdu. 60 yaşlı casus 1987-ci ildən bəri həbsdədir.

  Qeyd edək ki, Fələstin və İsrail arasında aparılan sülh danışıqlarında İsrail həbsxanalarında saxladığı fələstinli əsirlərə cavab olaraq Pollardın azad edilməsini şərt kimi qoyur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr