Misir ordusu Şimali Sinada 59 terrorçunu öldürüb

Misir ordusunun Şimali Sinada, silahlı qruplaşmaları hәdәf götürәn əməliyyatlarında 7 əsgər həyatını itirib, 59 "terrorçu" mәhv edilib.

382414
Misir ordusu Şimali Sinada 59  terrorçunu öldürüb

Misir Ordusundan verilәn açıqlamada bildirilib ki, hava qüvvələrinin himayәsindәki ordu birlәşmәlәri, Şimali Sinanın müxtəlif şəhərlərində terrorçulara mәxsus mövqelәrә tәşkil edilәn әməliyyatlarda 2 hәrbi sürsat anbarı, 3 avtomobil və 4 motosiklet dağıdılıb. Yola yerlәşdirilәn 2 patlayıcı məhv edilib.
Qeyd edәk ki, DEAŞ mәnsubu olan Sina Vilayəti adlı təşkilatın şənbə günü şimali Sinada yerlәşәn Şeyx Zuveyd bölgəsindəki hərbi nəzarət mәntәqәsinә hücumu nәticәsindә 5 əsgər hәyatını itirib çox sayda əsgər də yaralanıb. Hәmin hadisәdәn sonra Misir ordusu әtraflı əməliyyat başladıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr