"Müsəlmanlara ən isti arzularımızı bildiririk", B.Obama

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama ölkəsindəki və dünyadakı bütün müsəlmanların Ramazan bayramını təbrik edərək deyib: "Həyat yoldaşımla birlikdə bütün müsəlmanlara ən isti arzularımızı bildirirk".

381395
"Müsəlmanlara ən isti arzularımızı bildiririk", B.Obama

  Obama Ramazan haqqında bu sözləri danışıb: “Bu ay müsəlmanlar oruc tutmaqla öz dini ruhlarını yeniləyir və onların yoxsullara yardım niyyətləri daha da çoxalır. Amerikalılar bütün din və inanclara hörmət edir, hətta Nyu York məktəblərində Milad və Hanukadan başqa Ramazan Bayramı da qeyd olunur.”

  Obama təbrik mesajında onu da diqqətə çatdırıb ki, “Cənubi Karolinaya kilsə hücumundan sonra yandırılan kilsələr üçün gənc bir müsəlman liderlik edərək 75 min dollar yardım toplayıb."

  ABŞ prezidenti çıxışını “Ramazan Bayramınız mübarək” sözlərilə bitirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr