Srebretinsa soyqırımı ilǝ bağlı layihǝyǝ Rusiya veto qoyub

Rusiya BMT Tǝhlükǝsizlik Şurasının Srebrenitsada yaşananların soyqırım olaraq qǝbul edilmǝsini nǝzǝrǝ alan qǝrar layihǝsinǝ veto qoyub.

338702
Srebretinsa soyqırımı ilǝ bağlı layihǝyǝ Rusiya veto qoyub

Rusiya BMT Tǝhlükǝsizlik Şurasının Srebrenitsada yaşananların soyqırım olaraq qǝbul edilmǝsini nǝzǝrǝ alan qǝrar layihǝsinǝ veto qoyub.
ABŞ-ın BMT-dǝki daimi nümayǝndǝsi Samanta Povır, Bosniyada 1992-1995-ci illǝr arasındakı hǝrb zamanı serblǝr tǝrǝfindǝn Srebrenitsada qǝtlǝ yetirilǝn bosniyalıların xatırlanması mǝqsǝdilǝ hazırladığı qǝrar layihǝsinin sǝsvermǝyǝ çıxarılmasından sonra etdiyi çıxışda soyqırım zamanı bölgǝdǝ jurnalist kimi işlǝdiyini söylǝyib.
Srebrenitsada yaşananların mǝhkǝmǝ qeydiyyatları vǝ bütün sübutları ilǝ “soyqırım” olduğunu vurğulayan Povır deyib ki, Rusiyanın vetosu qurbanların ailǝlǝrini incidib vǝ BMT Tǝhlükǝsizlik Şurasının qeydiyyatlarında mǝnfi daha bir qǝrar kimi öz yerini tutub.
Beynǝlxalq Әfv Tǝşkilatı da BMT Tǝhlükǝsizlik Şurasının hǝlǝ dǝ qǝtliamları soyqırım olaraq tanımaqdakı uğursuzluğunun, hadisǝlǝrdǝ hǝyatını itirǝn insanların xatirǝlǝrinǝ yönǝldilmiş bir hǝqarǝt olduğunu bildirib.
1995-ci il iyulun 11-dǝ uşaq vǝ qadınların da aralarında olduğu 8 min nǝfǝrin öldürüldüyü Srebrenitsa qǝtliamı, Beynǝlxalq Әdalǝt Mǝhkǝmǝsi vǝ keçmiş Yugoslaviya Beynǝlxalq Cǝza Mǝnkǝmǝsi tǝrǝfindǝn “soyqırım” olaraq qǝbul edilmişdir.
Xatırladaq ki, Yuqoslaviya dağıldıqdan sonra 1992-ci ildə serblərin Bosniyada hərbi əməliyyatlara başlaması BMT-ni 6 bölgəni müdafiə altına almağa məcbur etdi. Srebrenitsa da bu bölgələrdən biri idi.

Qətliam general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş serb ordusu tərəfindən 1995-ci ilin iyulunda törədilib. Serb ordusuyla yanaşı, "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak ediblər.

Hollandiyalı sülhməramlılar bir gecənin içində BMT sülhməramlılarının Bosniyadakı rəhbəri olan fransız generalın əmri ilə şəhərdən çıxdılar. 1995-ci il iyulun 11-də Ratko Mladiçin silahlıları müdafiəsiz qalmış şəhərə daxil olmaqda heç bir maneə ilə üzləşmədilər. Onlar bosniyalı müsəlmanları yollarda, dağlarda vəhşicəsinə qətlə yetirməyə başladılar. Vəhşiləşmiş serb əsgərləri gələcəkdə şəxsiyyətlərini tanımaq mümkün olmasın deyə, cəsədləri parçalayaraq hər birində 64 cəsəd olmaqla kütləvi məzarlıqlarda basdırırdılar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr