Sәsvermә işi yenә tәxirә salınıb

Srebrenitsada öldürülən bosniyalıların xatirəsi məqsədilə hazırlanan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının layihəsinin səsverməsi mətn üzərində razılaşma əldə olunmadığı üçün dünən keçirilməyib.

336805
Sәsvermә işi yenә tәxirә salınıb

Bosniyadakı müharibə zamanı serblər tərəfindən Srebrenitsada öldürülən bosniyalıların xatirəsi məqsədilə hazırlanan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının layihəsinin səsverməsi mətn üzərində razılaşma əldə olunmadığı üçün dünən keçirilməyib. Səsvermə bu gün baş tutacaq.
İngiltərənin təqdim etdiyi və iki dəfə təxirə salınan layihənin dünən saat 15.00-də səsverməsi keçiriləcəkdi. Təxirəsalma səbəblərindən biri kimi Srebrenitsada yaşananları soyqırım olaraq adlandırıb qınayan layihə mətninə Rusiyanın etirazının aradan qaldırıldığı bildirilib.
Layihənin qəbul edilə bilməsi üçün 15 üzvlü Şuranın 9 üzvünün lehinə səs verməsi və daimi üzvlər Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, Fransa və İngiltərənin layihəni veto etməməsi lazımdır. Layihənin Şuraya təqdim edilən mətnində "Srebrenitsada işlənən soyqırım və bu hadisədə işlənən bütün sübutlar müharibə cinayətləri və insanlığa qarşı cinayətlər ən sərt şəkildə qınanmış" ifadəsi yer alırdı.
Serbiya və bosniyalı serblər həm Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası üzvlərinə, həm də Baş katib Pan Gi-Muna göndərdikləri məktublarda layihənin qəbul ediləcəyi halda qarşılıqlı razılaşmaya zərər verəcəyini bildirmişdilər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr