Yunanıstana məntiqli təklif

Beynəlxalq Nəqliyyatçılar Dərnəyi iqtisadi böhranla üzləşən Yunanıstana məntiqli əməkdaşlıq təklif edib.

336338
Yunanıstana məntiqli təklif

Yunanıstan rəhbərliyi türk nəqliyyatçılarının çağırışını dinləyərsə Bolqarıstanın türk tırlarından əldə etdiyi gəlir illik 400 milyon avro olacaq.
Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin "Yeni bir İpək Yolu yaradaq" şüarı ilə etdiyi müraciət Çindən başlayaraq Anadolu və Aralıq dənizi vasitəsilə Avropaya uzanan ticarət yolunu yenidən canlandırmağı təklif edir. Dərnək həmçinin bu addımın strateji əhəmiyyətinə görə bölgədəki hər iki ölkənin ticarət həcmlərini artırmaq imkanını da təmin edəcəyinə əmindir.
Qurumun idarə heyətinin rəhbəri Fatih Şener bildirib ki, Avropa və Asiya arasında bir çox marşrut var. Türkiyə bunların bəzilərində iştirak etdiyi halda Yunanıstan Çinə qədər uzanan bu marşrutların heç birindən faydalanmır. Yunanıstan və Türkiyə Kipu və İpsala qapılarını yaxşılaşdırırsa burdan keçən yol Yunanıstana ciddi məntiqi gəlir gətirər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr