Rusiya iki yığıncağa ev sahibliyi edǝcǝk

Rusiya Şanxay Әmǝkdaşlıq Tǝşkilatı vǝ BRİCS ölkǝlǝri(Braziliya, Rusiya, Hindistan, Çin vǝ Cǝnubi Afrika Cümhuriyyǝti) hökumǝt vǝ dövlǝt rǝhbǝrlǝrinin yığıncağına ev sahibliyi edǝcǝk.

334202

Yığıncaq 7-8 iyul tarixlǝrindǝ Rusiyanın şǝrqindǝki Qazaxıstan sǝrhǝdinǝ yaxın Ufa şǝhǝrindǝ baş tutacaq. Liderlǝrin gündǝmindǝ isǝ enerji mövzusu olacaq.
Rusiyanın Energetika naziri Aleksandr Novak deyib ki, bu mövzuda daha ǝvvǝl fǝaliyyǝtlǝrimiz oldu. Meksikada nazirlǝrimiz daha öncǝ bir araya gǝldi. Dünyada baş verǝn hadisǝlǝrin analizi, yeni keyfiyyǝtli texnologiyaların tanış edilmǝsi kimi sahǝlǝrdǝ tǝcrübǝlǝrimizin bölüşülmǝsinin ǝlaqǝlǝrimizin inkişafına töhfǝ verǝcǝyinǝ inanırıq.
Qeyd edǝk ki, BRİCS-in sǝdrliyi aprel ayından bǝridir Rusiyanın öhdǝliyindǝdir.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr