İlin ilk yarısında 71 jurnalist öldürülüb

İlin ilk 6 ayında 24 ölkǝdǝ 71 jurnalistin öldürüldüyü açıqlanıb.

329284
İlin ilk yarısında 71 jurnalist öldürülüb

BMT-dǝ özǝl müşavirlik statusuna sahib, qǝrargahı Cenevrǝdǝ yerlǝşǝn qeyri-hökumǝt tǝşkilatı “Mǝtbuat Әmblemi Kampaniyası(PEC) ilin ilk 6 ayında 24 ölkǝdǝ 71 jurnalistin öldürüldüyünü açıqlayıb.
PEC 2014 hesabatında “Orta Şǝrq vǝ Şimali Afrika bölgǝsi jurnalistlǝr üçün ǝn tǝhlükǝli bölgǝdir. İlin ilk yarısında Liviyada 8, Yǝmǝndǝ 6, İraqda 6, Suriyada 2 vǝ Qǝzzada 1 olmaqla 23 jurnalist öldürülüb” deyǝ bildirilib.
Hesabatda qeyd edilib ki, Orta Şǝrq vǝ Şimali Afrika bölgǝsini Latın Amerika ölkǝsi tǝqib edir vǝ Meksikada 4, Honduras, Qvatemala vǝ Braziliyada hǝrǝsindǝ üç, Kolumbiyada 2, Paraqvay vǝ Dominikan Cümhuriyyǝtlǝrinin hǝrǝsindǝ 1 jurnalist olmaqla 17 jurnalist öldürülüb.
Hesabata görǝ jurnalistlǝr üçün ilin ilk 6 ayında üçüncü ǝn tǝhlükǝli bölgǝ isǝ Avropadır.
Avropada cari il Fransada “Charlie Hebdo” hücumundan sonra 8 jurnalist, toqquşmaların davam etdiyi Ukraynada 4 vǝ Polşada isǝ 1 jurnalist olmaqla 13 jurnalistin öldürüldüyü bildirilib.
Hesabatda Afrika qitǝsi ölkǝlǝrindǝn Cǝnubi Sudanda 6, Somali, Keniya vǝ Konqo Demokratik Cümhuriyyǝtinin hǝrǝsindǝ bir jurnalistin öldürüldüyü qeyd edilib.
Hesabatın Asiya qitǝsinǝ dair hissǝsindǝ isǝ Filippindǝ 3, Hindistan vǝ Pakistanda hǝrǝsindǝ 2 vǝ Әfqanistan vǝ İndoneziyanın hǝrǝsindǝ isǝ 1 jurnalistin öldürüldüyü vurğulanıb.
Qeyd edǝk ki, “PEC” keçǝn il 16-sı İsrailin Qǝzzaya hücumları zamanı olmaqla 32 ölkǝdǝ 138 jurnalistin öldürüldüyünü açıqlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr