Qıbrısda müzakirələr davam edir

Şimali Qıbrıs Türk Respublikasının prezidenti Mustafa Akıncı ilə Rum icmasının rəhbəri Nikos Anastasiadis Birləşmiş Millətlər Təşkilatının tabeliyindəki neytral bölgədə bir araya gəliblər.

324161
Qıbrısda  müzakirələr  davam edir

Görüşdə BMT Baş katibinin Qıbrıs üzrə xüsusi nümayəndəsi Espen Barç Eide, müzakirəçilər Özdil Nami, Andreas Mavroyannis və heyətləri də iştirak edib.
Qeyd edək ki, mayın 15-də başlayan görüşlərdə razılıq əldə edilən mövzular nəzərdən keçirilərkən hələ də uzlaşdırılmamış məsələlərsə sənəd halında təqdim olunmuşdu.
Görüşün bugünki hissəsində isə liderlərin Avropa İttifaqı, torpaq, əmlak və digər mövzuları müzakirə etməsi nəzərdə tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr