Obama iftar verib

Ramazan ayının ilk günü verdiyi mesajla islam dünyasına səslənən prezident Barak Obama bu dəfə Amerika Birləşmiş Ştatlarındakı müsəlmanları Ağ Evdə qarşılayıb.

315061
Obama iftar verib

İslamafobiya əleyhdarı ifadələrini təkrarlayan Obama hər hansı bir dini və ya etnik qrupu hədəf alan, nifrət yaradan hərəkətlərə qarşı reaksiyasını də dilə gətirib, "İnancımız nə olursa olsun, biz tək bir ailəyik" deyə bildirib.
Bir neçə ay əvvəl Şimali Karolina ştatında öldürülən 3 müsəlman gənc və keçən həftə Cənubi Karolina ştatının Çarleston şəhərində tarixi kilsəyə edilən qanlı hücumlara da toxunan Obama '' Nifrət oyandıran hərəkətlərə qarşıyıq" deyə bir daha vurğulayıb.
Obama həmçinin, hicablı olduğu üçün işə götürülməyən, buna görə də qanuni yollarla haqqını tələb edən Samantha Elaufu da cəsarətinə görə təbrik edib.
Hər Ramazan ayında Ağ Evdə verilən ənənəvi iftar yeməyində Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Qılınc da iştirak edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr