Konqres binasındakı konfederasiya bayrağının endirilməsinə qərar

Amerika Birləşmiş Ştatlarında konfederasiya bayrağı mübahisəsi yaşanır.

315098
Konqres binasındakı konfederasiya bayrağının endirilməsinə qərar

Amerika Birləşmiş Ştatlarında konfederasiya bayrağı mübahisəsi yaşanır.
Cənubi Karolina ştatındakı Çarleston şəhərindəki kilsə hücumundan sonra konqres binasındakı konfederasiya bayrağının endirilməsinə qərar verilib.
Zəncilərin getdiyi kilsəyə edilən hücumun ardından konfederasiya bayrağı da müzakirə mövzusu olub. Cənubi Karolina valisi Nikki Halley keçirdiyi mətbuat konfransında konfederasiya bayrağının endiriləcəyini açıqlayıb.
Valinin çağırışına prezidenti Barak Obamadan da dəstək gəlib. Amerikalılar vətəndaş müharibəsindən öncə cənub ştatlarının ortaq bayrağı olan konfederasiya bayrağının irqçiliyi və köləliyi xatırlatdığını düşünür.
Cənubi Karolinanın bəzi ev və qəbiristanlıqlarında da konfederasiya bayrağını görmək mümkündür.
Xatırladaq ki, Çarlestonda 9 nəfərin ölümü ilə nəticələnən kilsə hücumunu törədən 21 yaşlı Dylan Roofun sosial şəbəkələrdə əlində silah və konfederasiya bayrağı olan şəkilləri müzakirələri yenidən gündəmə gətirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr