UNİCEF-dən sarsıdıcı uşaq ölümü hesabatı

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNİCEF-in Cənubi Sudan hesabatında təkcə may ayında olan qarşıdurmalarda 129 uşağın öldürüldüyü açıqlanıb.

309500
UNİCEF-dən sarsıdıcı uşaq ölümü hesabatı

  Hesabata görə, qarşıdurmalara qurban olan oğlan uşaqları axtalanaraq, qızlar isə təcavüzə uğradıldıqdan sonra öldürülüblər.

  Buna görə UNİCEF "Günahsızlara şiddət sona çatmalı!" çağırışı edib.

  Cənubi Sudan isə hesabatda yazılanların doğru olub-olmadığını sorğulamaq qərarına gəlib. Ölkənin ordu spikeri istintaq təşkil edəcəklərini bildirib.

  Cənubi Sudan prezidenti Salva Kiir Mayarditin 16 dekabr 2013-cü ildə əvvəlki köməkçisi Riik Maçarı (Rieke Machar) çevriliş iddiası ilə vəzifəsindən uzaqlaşdırdıqdan sonra ölkədə hökumətə bağlı qruplarla Maçar tərəfdarları arasında qarşıdurmalar davam edir, xaos, şiddət və təcavüz hadisələri yaşanır. Bu günə qədər qarşıdurmalarda 10 minlərlə insan həyatını itirib, 2 milyon adam isə canını götürərək qonşu ölkələrə qaçıb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr