Pakistan Səudiyyə Ərəbistanını qoruyacaq

Pakistan prezidenti Memnun Hüseyn “Husilər hücum edərsə, Pakistan ordusu Səudiyyə Ərəbistanının sərhədlərini qorumağa hazırdır” deyib.

310223
Pakistan Səudiyyə Ərəbistanını qoruyacaq

  Ümrə ziyarəti üçün Məkkəyə gedən Memnun Hüseyn bu qərara həm Səudiyyə Ərəbistanı rəsmiləri, həm də dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra gəldiyini bildirib.

  Prezident Hüseyn: “Bütün İslam aləminin Yəməndə siyasi və müharibəsiz bir həll istədiyini, əksinə olarsa, Pakistanın Səudiyyə Ərəbistanının sərhədlərini qorumaq üçün hərəkətə keçməyə hazır olduğunu” söyləyib.

  Memnun Hüseyn onu da qeyd edib ki, “Milyonlarla pakistanlı Səudiyyə Ərəbistanında yaşayır və bu ölkəyə böyük bir məsuliyyətlə bağlıdır”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr