Batan gəmidə olanların nə ölüsündən xəbər var, nə dirisindən

Çinin cənub-şərqindəki Hubei əyalətinin Yantszı çayında burulğana düşərək qəzaya uğrayan gəmi ilə bağlı axtarış-xilasetmə işləri fasiləsiz olaraq davam edir. Ancaq saatlar uzandıqca ümidlər tükənir.

293263
Batan gəmidə olanların nə ölüsündən xəbər var, nə dirisindən

  456 adamı daşıyan “Dəniz ulduzu” tur gəmisindən bu ana qədər yalnız 14 adam xilas olunub. Ölü sayı 82-dir, amma yüzlərlə adamın nə ölzüsündən, nə dirisindən xəbər yoxdur.

  Dalğıclar tərs dönmüş gəminin döşəməsində dəliklər açaraq içinə girsələr də, yenə qurtarılan olmayıb. Ailələr yaxınları üçün narahat anlar yaşayır.

  Qəzadan xilas olanların isə xəstəxanada müalicələri davam edir.

  Gəminin batma səbəbini araşdıran mütəxəssislər çay gəmilərinin dalğa və küləyə qarşı müqavimətlərinin aşağı olduğunu söyləyərək “Dəniz ulduzu” tur gəmisinin bu səbəbdən burulğana tab gətirməyərək batdığını deyirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr