Ebolaya yoluxma halları sayı sürətlə azalır

Son vaxtlar Qvineya, Liberiya və Syerra-Leonedə Ebolaya yoluxma hallarının sayı sürətlə azalır.

292737
Ebolaya yoluxma halları sayı sürətlə azalır

BMT Baş Məclisinin qeyri-rəsmi iclasında məruzə təqdim olunub. Məruzədə bildirilib ki, son vaxtlar Qvineya, Liberiya və Syerra-Leonedə Ebolaya yoluxma hallarının sayı sürətlə azalır. Mart ayında həftə ərzində orta hesabla 110 yeni yoluxma hadisəsi qeydə alınmışdısa, aprelin sonunda bu göstərici təqribən 10-na enib. Aprel ayında Liberiyada isǝ bu xəstəliyə yoluxma halı qeydə alınmayıb.
2015-ci ilin fevralından “xəstəliyin aktiv yayıldığı ərazilərin sahəsi” iki dəfədən çox azalıb. Əgər fevral ayında xəstəliyə yoluxma halı barədə ən azı 24 dairənin hərəsindən bir xəbər alınırdısa, apreldə belə xəbərlər üç ölkənin 12 dairəsindən alınıb. Hazırda xəstəliyin yayılması halları sadǝcǝ Qvineyanın və Syerra-Leonenin qərb sahilində qeydə alınır.
Məruzədə qeyd edildiyinǝ görǝ, cari ilin may ayına olan məlumata ǝsasǝn, təqribən 26 700 təsdiq edilmiş, ehtimal olunan və güman edilən Ebolaya tutulma halı qeydə alınıb. 11 mindən çox xəstəliyə yoluxma hadisəsi ölümlə nəticələnib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr