Husilərə qarşı avia hücumlar davam edir

Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyanın Yəmənə istiqamətli avia hücumları 9 həftədir davam edir.

301693
Husilərə qarşı avia hücumlar davam edir

Oman isə Yəməndəki qarşıdurmaların sona çatması uğrunda siyasi görüşlər keçirir.
Qeyd edәk ki, Omanlı diplomatların vasitәçiliyi nәticәsindә Hüsilər tәrәfindәn girov götürülәn ABŞ-lı jurnalist azad edilib.
Yəmənli diplomatlar isə Hüsilər ilə Hadi rəhbərliyi arasındakı gərginliyin sәngimәsi uğrunda çalışdıqlarını, bu sәylәrdәn müsbət nəticə hasil olması halında Birləşmiş Millətlər Təşkilatının nәzarәtindә müzakirə prosesinə başlayacaqlarını qeyd edirlәr.
Ekspertlәrә görә Yəmənə istiqamətli əməliyyatlar və neft qiymətinin ucuzlaması, Səudiyyə Ərəbistanı Mərkəz Bankındakı valyuta ehtiyadının ilin ilk 4 ayında 49 milyard dollar azalmasına sәbәb olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr