Aralıq dənizində minlərlə mühacir qurtarılıb

Avropa ölkələrinə qaçan immiqrant axını davam edir.

275823
Aralıq dənizində minlərlə mühacir qurtarılıb

  Aralıq dənizində son iki gün ərzində qurtarılan 1282 qaçqın-mühacir müxtəlif gəmilərlə İtaliyaya aparılıb.

  Birləşmiş Krallıq Donanmasına aid zirehli gəmi isə Liviyanın 50-60 mil məsafəsində təsbit etdiyi 4 ayrı gəmidəki 617 immiqrantı qurtarıb. Katanya limanına çatdırılan qaçqınlar Ebola virusuna yoluxmamaq üçün tibbi müayinələrə göndərilib.

  İtaliya-Liviya arasındakı Siciliya kanalında da axtarış-qurtarma fəaliyyətləri davam edir. Beynəlxalq Sərhədsiz Həkimlər Təşkilatına aid gəmi ilk əməliyyatında aralarında uşaq və qadınların da olduğu 477 immiqrantı ölümün cəngindən alıb.

  Aralıq bölgəsinin başqa bir xilasetmə gəmisi də 2 ayrı əməliyyatla əksəriyyəti Böyük Səhraaltı Afrika ölkəsindən olan 188 mühaciri qurtarıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr