David Cameron yeni qanun üçün əl-qolunu çırmaladı

İngiltərədə 7 mayda keçirilən Parlament seçkilərindən partiyası təkbaşına iqtidar qazanan Mühafizəkarlar Partiyasının sədri və Baş nazir Devid Kemeron (David Cameron) yeni dövründə radikallaşmayla mübarizəni gücləndirəcəyini bildirib.

274417
David Cameron yeni qanun üçün əl-qolunu çırmaladı

  Bu barədə yeni qanun layihəsini 27 may Parlamentində kraliça 2-ci Yelizavetaya təqdim edəcək.

  Yeni qanun layihəsi özündə miqrasiya ilə bağlı yeni köç qaydaları, radikalların obyektlərinin bağlanılması kimi silsilə tədbirlər planını əks etdirir.

  Qanunda "terrorist qrup" yerinə "ektremistlər" (və ya ifratçılar) sözlərinin işlənilməsi və bu qrupların ictimai yerlərdə fəaliyyətlərinə qadağa qoyulması da yazılıb.

  Devid Kemeron (David Cameron) Milli Təhlükəsizlik Şurasında etdiyi çıxışında "İngiltərə uzun müddətdir tolerant bir ölkədir. Amma zəhəri həddindən artıq olan ideologiyalara qarşı mübarizə etmək lazımdır" deyib.

  Mühafizəkarlar Partiyası əvvəlki dövrlərində də buna bənzər qanun layihəsi təqdim etmiş, ancaq koalisiya ortağı Liberal Demokrat Partiyası razılaşmadığı üçün qəbul edilməmişdi.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr