ABŞ-da sərnişin qatarı qəzaya uğrayıb

Sǝrnişin qatarının relsdǝn çıxaraq aşması nǝticǝsindǝ 5 nǝfǝrin öldüyü, 53 nǝfǝrin xǝsarǝt aldığı bildirilib.

272181
ABŞ-da sərnişin qatarı qəzaya uğrayıb

Filadelfiyanın (Philadelphia) bǝlǝdiyyǝ sǝdri Mişel Nuter (Michael Nutter) verdiyi açıqlamada sǝrnişin qatarının relsdǝn çıxaraq aşması nǝticǝsindǝ 5 nǝfǝrin öldüyünü, 53 nǝfǝrin xǝsarǝt aldığını bildirib.
Amtrak şirkǝtinin verdiyi mǝlumata ǝsasǝn, qatarın aşmasının sǝbǝbinǝ dair tǝhqiqatlar davam edir. Tǝhqiqata Federal Tǝhqiqat İdarǝsinin dǝ qoşulduğu bildirilib.
Şirkǝt, 10 vaqonu aşan qatarda 238 sǝrnişin vǝ 5 xǝdǝmǝnin olduğunu açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr