ABŞ-ın Oklahoma ştatında güclü qasırğa

Hava limanı işini dayandırıb, sərnişinlər isə yer altı keçid vasitəsiylə ərazidən çıxarılıb

265965
ABŞ-ın Oklahoma ştatında güclü qasırğa

ABŞ-ın Oklahoma ştatında baş verən güclü qasırğa nəticəsində kəndlərdəki fermalara ziyan dəyib, xeyli heyvan tələf olub. Oklahoma Citi, Nebraska və Kanzasda həyat iflic olub. Bundan başqa şiddətli fırtına və aylıq normadan artıq yağan yağış da ştata mənfi təsir göstərir.
Bir çox bölgələrdə evlərin damları uçub, ağaclar aşıb, avtomobillər isə ziyan görüb. Bundan başqa bəzi evləri və yolları su basıb.
Fırtına və qasırğa səbəbiylə ştatda elektrik xətlərinin qırılması nəticəsində 10 mindən çox ev və iş yerləri işıqsız qalıb. Qasırğa nəticəsində Oklahoma hava limanı işini dayandırıb, sərnişinlər isə yer altı keçid vasitəsiylə ərazidən çıxarılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr