Fransada qəzaya uğrayan təyyarə barədə yeni məlumatlar yayılıb

pilotu Andreas Lubitzin, uçuş zamanı heç bir səbəb olmadan, alçalma sınağı keçirdiyi irәli sürülüb.

280458
Fransada qəzaya uğrayan təyyarə barədə yeni məlumatlar yayılıb

Fransada qəzaya uğrayan təyyarə barədə yeni məlumatlar yayılıb
Təyyarənin ikinci pilotu Andreas Lubitz, uçuş zamanı heç bir səbəb olmadan, alçalma sınağı keçirib
Fransada mart ayının 24-ü qəzaya uğramış Almaniyanın “Germanwings” aviaşrkətinə məxsus təyyarə barədə yeni məlumatlar yayılıb.
Hesabatı açıqlayan fransız müfəttişlər, təyyarənin ikinci pilotu Andreas Lubitzin, uçuş zamanı heç bir səbəb olmadan, bir neçə dəfə hər biri 4 dəqiqə davam edən yüksəklikdən alçalma sınağı etdiyi müəyyən edilib.
Almaniyanın “Bild” qəzetinin yaydığı məlumata görə, bu sınaqlar təyyarənin qara qutusunda qeydə alınıb.
Xatırladaq ki, "Germanwings" aviaşirkətinə məxsus təyyarə, Alp dağlarında qəzaya uğrayıb. Barselonadan Düsseldorfa uçan laynerin qəzaya uğraması nəticəsində 150 sərnişin və ekipaj üzvləri həlak olub.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr