ABŞ-Kuba arasında buzlar əriyir

Amerika Birləşmiş Ştatları ilə Kuba arasındakı əlaqələrin inkişafı üçün daha bir addım atılıb: Vaşinqton rəhbərliyi Kubaya xüsusi dəniz səfərlərinə icazə verib.

263156
ABŞ-Kuba arasında buzlar əriyir

  Vaşinqton rəhbərliyi dəniz nəqliyyatını məhdudlaşdıran qərarı aradan qaldırdıqdan sonra ilk olaraq Floridadakı özəl bir şirkət iki ölkə arasındakı bərə səfərlərinin təşkilinə izn alıb. Şirkətin sahibi Hozef (Cozef) Hilson “icazə aldıqlarını, ancaq səfərlərin başlaması üçün tamamlanması lazım olan çox sayda rəsmi işlərin olduğunu” bildirib.

  Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama hələ dekabr ayında Kubaya tətbiq olunan səyahət məhdudiyyətlərini qaldırıldığını açıqlamış, bununla da iki ölkə arasında yarım əsrdən çox davam edən gərginliyin yumşalması istiqamətində əhəmiyyətli addım atılmışdı. 

  Artıq Kubaya idman, humanitar yardım məqsədli səyahətlər və rəsmi iş görüşləri üçün səfərlər edilməsinə icazə verilib. Bu böyük addımı yüksək qiymətləndirən turizm şirkətləri də Kubaya dəniz və təyyarə səfərlərinin başlanmasını səbirsizliklə gözləyirlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr