12 günlük səfalətdən xilas oldular
Son dərəcə ehtiyac içində olan 98 immiqrant qurtarılıb
264498
12 günlük səfalətdən xilas oldular
İtaliya sahillərində qaçaq immiqrantları daşıyan gəmi patrul polisi tərəfindən dayandırıldı.
12 gündür ac və susuz, son dərəcə ehtiyac içində olduqları təyin olunan 98 immiqrant qurtarılıb.
Üçdə biri qadınlardan ibarǝt immiqrantların bir neçǝsinin hamilə olduğu qeyd edilib.
Aİ-nin ali nümayəndəsi Federica Mogherininin bazar ertəsi günü BMT Təhlükəsizlik Şurasına
Aralıq dənizində baş verən qaçaq immiqrant böhranı mövzusunda məlumat verməsi gözlənilir.
Aralıq dənizində İtaliya ilə Liviya arasında qalan bölgədə İtalyan təhlükəsizlik qüvvələrinin keçən həftə
sonu 6 minə yaxın qaçaq immiqrantı qurtardığı açıqlanmışdı.