Husilərə qarşı təşkil edilən hava hücumları davam edir

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə husilərə qarşı təşkil etdiyi hava hücumları davam edir.

261944
Husilərə qarşı təşkil edilən hava hücumları davam edir

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə husilərə qarşı təşkil etdiyi hava hücumları davam edir.
Paytaxt Sənada koalisiya qüvvələrinin reallaşdırdığı hava hücumlarında yük təyyarəsi hədəf alınıb. Bundan başqa Ədən şəhəri də bombalanıb. Digər tərəfdən, husilərlə Xalq Müqavimət Komitəsi arasında baş verən qarşıdurmalarda 18 nəfər həyatını itirib, çox sayda insan yaralanıb. BMT Baş katibi Ban Ki-Moon isə Yəməndə bu zamana qədər 1200 nəfərin öldüyünü açıqlayıb.
Bu arada, Seneqal, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə təşkil etdiyi əməliyyatlarına dəstək məqsədiylə bölgəyə 2100 əsgər göndərəcəyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr