Almaniyada maşinistlər işlərini dayandırdı

Almaniyada tarixin ən uzun müddətli aksiyası keçirilir.

262498
Almaniyada maşinistlər işlərini dayandırdı

Almaniyada, tarixin ən davamlı aksiyası keçirilir. İlk növbədə yük, daha sonra isə sərnişin qatarlarının maşinistləri işlərini dayandırıblar. Nəqliyyat sahǝsində dəmiryolunun böyük payı olan ölkədə nəqliyyat iflic olub. Aksiyaçılar əmək haqqı artımı və həftədə 1 saat daha az iş tələb edirlər. Ölkə tarixinin ən uzun müddətli aksiyasi, may ayının 10-na qədər davam edəcək.
Mütəxəssislərin fikrincə bu müddət ərzində ölkə iqtisadiyyatı 500 milyon avro zərər görəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr