"Bir daha Mǝhǝmmǝd Pǝyğǝmbǝrin karikaturasını çǝkmǝyǝcǝyǝm"

Fransada karikatura jurnalı Charlie Hebdoda işlǝyǝn karikaturaçı Luz bir daha Məhəmməd Peyğəmbərin karikaturalarını dərc etmǝyǝcǝyini açıqlayıb.

255783

Yanvar ayında terror hücumuna hǝdǝf olan Charlie Hebdo jurnalında “Luz” tǝxǝllüsü ilǝ karikatura çǝkǝn Renald Luzier bir jurnala verdiyi müsahibǝdǝ yanvarın 7-dǝn sonra jurnaldan ayrılaraq bir daha heç nǝ çǝkmǝk istǝmǝdiyini ancaq hǝyatını itirǝn yoldaşlarının xatirǝsinǝ bir müddǝt daha çǝkmǝyǝ davam edǝcǝyini söylǝyib.
Luz “bir daha Mǝhǝmmǝd Peyğǝmbǝr karikaturaları çǝkmǝyǝcǝyini artıq bu mövzularla maraqlanmadığını” da dilǝ gǝtirib.
Xatırladaq ki, yanvarın 7-də Məhəmməd Peyğəmbərin karikaturalarını dərc edən Charlie Hebdo jurnalının redaksiyasına edilmiş silahlı basqınla başlayan vǝ üç gün davam edǝn terror hücumlarında 17 nǝfǝr hǝlak olmuşdu.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr