Nigeriyada terrora mǝruz qalan uşaqlar

BMT Uşaqlara Yardım Fondu (UNİCEF) Nigeriyanın şimal-şǝrqindǝ Boko Haram terror tǝşkilatının sǝbǝb olduğu terror aktlarında 314 mǝktǝbli uşaqla 196 müǝllimin öldüyünü açıqlayıb.

234981
Nigeriyada terrora mǝruz qalan uşaqlar

BMT Uşaqlara Yardım Fondu (UNİCEF) Nigeriyanın şimal-şǝrqindǝ Boko Haram terror tǝşkilatının sǝbǝb olduğu terror aktlarında 314 mǝktǝbli uşaqla 196 müǝllimin öldüyünü açıqlayıb.
“UNİCEF”-in “İtkin uşaqlar” adlı hesabatında qǝsdi olaraq hǝdǝf halına gǝtirilǝn bu uşaqların bǝzilǝrinin ailǝlǝrindǝn ayrı düşdüyü, duyğu cǝhǝtdǝn problemlǝri olduğu, ayrıca zorlandıqları, tǝzyiqlǝ evlǝndirilmǝ, qaçırılma vǝ öldürülmǝ kimi hadisǝlǝrin qurbanı olduqları qeyd edilib.
Bǝzi uşaqların silahlı qruplarla toqquşdurulduğu, bǝzi dǝ canlı bomba kimi istifadǝ edildiyi vurğulanan hesabatda 800 min uşağın evlǝrini tǝrk etmǝk mǝcburiyyǝtindǝ qaldığı bildirilib.
Hesabatda Nigeriyada ibtidai mǝktǝbǝ getmǝyǝn uşaq sayının 10 milyon 500 min ilǝ, ǝn yüksǝk sǝviyyǝyǝ çatdığına da diqqǝt çǝkilib.
Hesabat Chibok şǝhǝrindǝ 300-ǝ yaxın mǝktǝbli qızın oğurlanmasının birinci ildönümündǝ yayımlanıb. Qaçırılan uşaqlardan 219-u hǝlǝ dǝ itkindir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr