Hillari Klinton prezidentliyǝ namizǝdliyini açıqlayıb

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkisində namizəd olacağını rǝsmi olaraq açıqlayıb.

234515
Hillari Klinton prezidentliyǝ namizǝdliyini açıqlayıb

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton 2016-cı ildə keçiriləcək prezident seçkisində namizəd olacağını rǝsmi olaraq açıqlayıb. Klinton bu qǝrarını sosial mediada yaydığı video ilə təsdiqləyib.
Klintonun videosunda ictimaiyyǝtin müxtǝlif tǝbǝqǝlǝrindǝn vǝ yaşlardan amerikalıların gǝlǝcǝyǝ dair planlarına yer verilib vǝ iqtisadi tarazsızlığa son qoyulyacağı vurğulanıb.
Videoda ailǝ hǝyatına da toxunan Klinton deyib ki, ailǝlǝr güclü olarsa Amerika da güclü olar. Sizin sǝsinizi qazanmaq üçün yolla çıxacağam. Mǝnǝ qoşulacağınıza ümid edirǝm.
Hillari Klinton 2008-ci ildǝ dǝ prezidentliyǝ Demokrat partiyadan namizǝdliyini elan etmiş ancaq seçki qabağı kampaniyada rǝqibi Barack Obama qarşısında uduzmuşdu.
Klintonun bu dǝfǝ qǝti olaraq qǝlǝbǝ qazanacağına nǝzǝr salınır.
Klinton seçilǝcǝyi tǝqdirdǝ ABŞ-ın ilk qadın prezidenti olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr