Yəməndə Avia hücumlar davam edir

Paytaxt Sanada Husilərin nәzarәtindәki strateji mövqelәrә bomba yağdırılır.

231583
Yəməndə Avia hücumlar davam edir

Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin 12 gün әvvәl Yəməndə başlatdığı “Dayanıqlılıq Fırtınası əməliyyatı”nda, daha 11 dinc әhali hәyatını itirib.
Qırıcılar, ötәn gün paytaxt Sanada Husilərin nәzarәtindәki strateji mövqelәrә bomba yağdırıblar.
Avia hücumları davam edərkən, strateji əhəmiyyətə sahib Aden şәhәrindә Husilər ilə prezident Hadiyә sadiq qüvvәlәr arasında qarşıdurmalar yaşanır.
Səudiyyə Ərəbistanına mәxsus qırıcılar, Aden yaxınlığında Husilərin nәzarәtindә olan El Anad hərbi bazasını yerlә yeksan edәrkәn, cənubdakı Dalea şəhəri və neft ayırma zavodların yerlәşdiyi Şebva şəhərində də prezident Hadiyә dəstək verәn tayfalarla Husilər arasında sıx qarşıdurmalar baş verir.
Mәlumata görә koalisiya və Hadiyә mәnsub qüvvәlәr cənubda, irəliləyişini dayandırdıqları Husilərin geri çәkilmәsi üçün sәy edirlәr.
Әhalinin qida və təmiz su tәmin etmәkdә çәtinlik çәkdiyi ölkәdә bir çox şәhәrә elektrik də verilə bilmir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Yəməndə humanitar vəziyyətin dəhşətli ölçüdə olduğunu bildirib.

UNİCEF, Yəməndə əməliyyatın başladığı 26 Martda bu yana 74ü uşaq 560 adamın öldüyünü açıqladı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr