Nigeriyada seçkinin qalibi müəyən olundu

Nigeriyada şiddətli hadisələr üzündən təxirə salınaraq müddəti uzanan seçkilər, nəhayət, baş tutub.

290324
Nigeriyada seçkinin qalibi müəyən olundu

  36 əyalət və paytaxt Abujada səs sayma prosesi sona çatdıqdan sonra seçkilərdə Məhəmmədi (Muhammadu) Buxarinin qalib gəldiyi bildirilib.

  Bu hadisə Nigeriyanın demokratiya tarixində dönüş nöqtəsi sayılır. Yəni ilk dəfə olaraq müxalifət lideri dövlət başçısı seçilib.

  Məhəmmədi Buxari hərbi-siyasi xadimdir. 1983-cü ildə hökuməti devirib yerinə gəlmiş, iki il sonra - 1985-ci ildə öz təyin etdiyi baş qərargah rəisinin hərbi çevrilişi nəticəsində hakimiyyətdən endirilmişdi.

  Buxarila kifayət qədər mübarizə apara bilmədiyi üçün tənqid olunurdu.

  Məhəmmədi Buxarinin orduda islahat edəcəyi və “Boko Haram”a aman verməyəcəyi fikirləri ölkə əhalisinin yarısını təşkil edən xristian seçicilərin bir qisminin ona səs verməsinə səbəb olub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr