ABŞ-dan DAİŞ-ә ağır zәrbә

ABŞ-ın başçılığındakı koalisiya təyyarələri DAİŞ mövqelərinə aviazәrbә tәşkil ediblәr

281763
ABŞ-dan  DAİŞ-ә ağır zәrbә


Amerika Birləşmiş Ştatları Tikritdəki DEAŞ yaraqlılarına qarşı hərbi-hava əməliyyatı aparılması barədə əmr verib.

ABŞ-ın başçılığı ilə həyata keçirilən anti-DEAŞ koalisiyasının təyyarələri Səddam Hüseynin şəhəri kimi tanınan Tikritdəki İŞİD mövqelərinə havadan zərbələr endirməyə başlayıb.

Hava hücumlarının edilməsi ilə bağlı Bağdaddan kömək istəyi gəlib. ABŞ isə bu vaxta qədər kəşfiyyat xarakterli uçuşlar həyata keçirsə də, əməliyyatlara müdaxilə etməmişdi.

ABŞ təyyarələrinin şəhərdəki DEAŞ mövqelərini bombardman etməsi, şəhərdə partlayış səslərinin gəlməsi xəbərləri yayılsa da, hələlik rəsmi Vaşinqton bunu təsdiqləməyib.

.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr