ABŞ-dan Rusiyaya etiraz

ABŞ, Rusiya ilə Cənubi Osetiya arasında imzalanan ittifaq razılaşmasını tanımadığını bildirib.

272497
ABŞ-dan Rusiyaya etiraz

ABŞ, Rusiya ilə Cənubi Osetiya arasında imzalanan ittifaq razılaşmasını tanımadığını bildirib.
Amerika dövlәt katibliyinin Sözcüsü Jen Psaki, mətbuata verdiyi açıqlamada, ‘‘Nə bu razılaşma, nə də 2014-ci ilin noyabr ayında Abxaziya ilə imzalanan sazış, beynəlxalq müqavilə xüsusiyyətinə sahib deyil’’ deyə bildirib.
Psaki, ‘‘İşğal altındakı Cənubi Osetiya və Abxaziya bölgələri, Gürcüstanın ayrılmaz parçalarıdır və Gürcüstanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edirik’’ deyə fikrini tamamlayıb.
Rusiya ilə Cənubi Osetiya arasında ötən gün imzalanan tərəfdaşlıq və inteqrasiya razılaşması, tərəflər arasında sosial, iqtisadi, humanitar, siyasi, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq təmin edilməsi üçün təməl xüsusiyyəti daşıyır.
Razılaşma ilə tərəflər arasında təhlükəsizlik və müdafiə sahəsinin yaradılması, Rusiya-Cənubi Osetiya sərhədində sərbəst keçişlərin təmin edilməsi, gömrük orqanlarının inteqrasiyası, daxili işlər nazirlikləri arasında əməkdaşlıq və Rusiya vətəndaşlığına keçid prosesinin sadələşdirilməsi nəzərdə tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr