Hillari Klinton sükunəti pozub

Hillari Klinton məruz qaldığı tənqidlərə cavab verib

257944
 Hillari Klinton sükunəti pozub

Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi Hillari Klinton sükunəti pozub.
Klinton vəzifədə ikən rəsmi yazışmalarını şəxsi e-poçt adresindən göndərdiyi üçün məruz qaldığı tənqidlərə cavab verib. İctimaiyyət və Konqres üzvlərindən gələn təzyiqlərə biganə qalmayan keçmiş dövlət katibi Birləşmiş Millətlərdə təşkil edilən "Qadınların mövqeyinin gücləndirilməsi" mövzulu yığıncaqdan sonra ilk dəfə olaraq çıxış edib.
Klinton Dövlət Katibliyinin şəxsi e-mail ünvanından istifadə etməyə icazə verdiyini xatırladaraq bunun qeyri-qanuni hərəkət olmadığını bildirib və "Asan olması və iki ayrı ünvan üçün iki telefon daşımaq istəmədiyimə görə yazışmaları şəxsi e-poçt ünvanımdan göndərmişəm. Görünür, iki telefondan istifadə etməliymişəm” deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr