Bosniya və Hersoqovina müstəqilliyinin 23-cü ilini qeyd edir

Bosniya və Hersoqovinada ölkənin müstəqilliyinin 23-cü ildönümü qeyd olunur.

242967
Bosniya və Hersoqovina müstəqilliyinin 23-cü ilini qeyd edir

Bosniya və Hersoqovinada ölkənin müstəqilliyinin 23-cü ildönümü qeyd olunur.
Keçmiş Yuqoslaviyanın parçalanmasından sonra 29 Fevral-1 Mart tarixlərində təşkil olunan referendumla Sloveniya və Xorvatiyanın ardınca müstəqilliyini elan edən Bosniya və Hersoqovina müstəqilliyinin 23-cü ilini qeyd edir.
6 Aprel 1992-ci ildə Avropa İttifaqı bu ölkəni müstəqil bir dövlət olaraq qəbul edib.
22 May 1992-ci ildə isə Bosniya və Hersoqovina BMT-nin üzvü olan dövlətlərin sırasına qoşulub.
Müstəqilliyin ilk illərində Yuqoslaviyanın silahlandırdığı Bosniyalı serblər törətdikləri qətliamlarla ölkədə vətəndaş müharibəsinin başlamasına səbəb olublar.
Dünyanın gözü qarşısında üç ildən artıq davam edən bu qətliamlardan ən ağırı isə Srebrenitsada həyata keçirilən vəhşiliklər nəticəsində Dünya tarixinə qara hərflərlə yazılan “Srebrenitsa qətliamı”-dır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr