Ukraynada silahlı toqquşmalar davam edir

Ukraynanın şərqində davam edən döyüşlərdə dinc sakinlər arasında ölən və yaralıların olduğu bildirilir.

212449
Ukraynada silahlı toqquşmalar davam edir

Ukraynanın şərqində davam edən döyüşlərdə dinc sakinlər arasında ölən və yaralıların olduğu bildirilir.
Bombardmana məktəblər, uşaq parkları və bir xəstəxana da mәruz qalıb.
Mühasirәyә alınan Debaltsevo şəhərindən әhali qaçır, qalanları isә evlərinin zirzəmisində gizlәnir.
Bu arada, ABŞ-ın dövlət katibi Con Kerri Ukraynanın hakimiyyət orqanlarının nümayəndələri ilə görüşmək üçün bu gün Kiyevə gəlib.

ABŞ xarici siyasət idarəsinin başçısı birgünlük səfəri çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenkovə digər sәlahiyyətlilərlə görüşmək niyyətindədir.
Pyotr Poroşenko NATO-ya üzv ölkələrin Ukraynaya müasir silahlar verməsində israr edir. O, bununla bağlı fikirlərini ‘‘Die Welt’’ qəzetinә verdiyi müsahibəsində bildirib.
NATO-nun ölkəsinə “təcavüzə qarşı müqavimət göstərmək məqsədi ilə müasir silahların verilməsində” israr edən Poroşenko Ukrayna ordusunun döyüş qabiliyyətini artırmaq üçün xeyli sayda hərbi, texniki və peşəkar yardıma ehtiyacı olduğunu da vurğulayıb.
Ukrayna başçısı Kiyevin sülh istədiyini, bunun üçün isə müasir silahlara malik güclü ordunun vacibliyini qeyd edib.
Katolik dünyasının dini lideri Papa Franciscus Ukraynanın Şərqində xristianlar arasında yaşayan qarşıdurmaların qalmaqal olduğunu söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr